logo

Əfv Komissiyasının yeni tərkibi formalaşıb - Yeniliklər gözlənilir

16:11 20-01-2021 | icon 1750
Əfv Komissiyasının yeni tərkibi formalaşıb - Yeniliklər gözlənilir

“Azərbaycan Respublikasının prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur”.

YeniAvropa xəbər verir ki, bunu  komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc jurnalistlərə müsahibəsində deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:

“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və vətəndaşıalrı müraciətlərinə baxılmasına qərar veriləcək”.