logo

Komissiyada 3443 səfərbərliyə cəlb olunan vətəndaşın müraciərinə baxılıb

15:55 20-01-2021 | icon 1729
Komissiyada 3443 səfərbərliyə cəlb olunan vətəndaşın müraciərinə baxılıb

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə yaradılmış, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2777 vətəndaş müraciət edib.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 666 vətəndaşın müraciətinə baxılıb.

Müraciətlərdə qaldırılan məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb.

Bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.