logo

Allahşükür Paşazadə:Qorbaçov cəzasını almalıdır

15:15 20-01-2021 | icon 1610
Allahşükür Paşazadə:Qorbaçov cəzasını almalıdır

"20 Yanvar şəhidləri müstəqilliyimizin, yolunda öz canlarını qurban veriblər".

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı: "Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik".

Şeyxülislam deyib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır.