logo

Erkan Özoral MHP sədrinin Şuşada məktəb açmasına münasibət bildirdi

14:54 20-01-2021 | icon 1701
Erkan Özoral MHP sədrinin Şuşada məktəb açmasına münasibət bildirdi

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin Şuşada məktəb tikilməsi fikrinə aydınlıq gətirib.

YeniAvropa xəbər verir ki, bu barədə E.Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:

"Bunlar Azərbaycan hökumətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək. Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Azərbaycanda şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən buraya gələnlər var”.