logo

Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 27,4 milyon ton neft nəql olunub

12:27 20-01-2021 | icon 1883
Ötən il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 27,4 milyon ton neft nəql olunub

2020-ci ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 720 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, nəqletmənin 79,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və il ərzində bu kəmərlə 27 milyon 480,5 min ton neft nəql edilib.

Ötən il BTC ilə 3 milyon 886,3 min ton tranzit nefti də ötürülüb.