Qaxda 43 sm qar yağdı, Xəzərdə dalğa 2,7 metrə qalxdı..
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 43, İsmayıllıda 23, Daşkəsəndə 22, Kişçayda (Şəki) 20, Gədəbəydə 18, Xınalıq, Şərurda 17, Altıağacda 16, Göygöl, Qəbələ, Ağdərədə 15, Xaltanda 12, Sədərəkdə 10, Qrız, Naxçıvanda 8, Yardımlıda 7, Salyan, Şahbuzda 6, Biləsuvarda 4, Mərəzədə 3, Oğuz, Şəki, Şahdağ, Qusarda 2, Göytəpə, Qubada 1 sm olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 9, Maştağada 6, Pirallahıda 3, Çilov adası, Sumqayıtda 2, Neft Daşlarında 1; Lənkəran-Astara zonasında: Lənkəranda 18, Biləsuvarda 14, Astarada 11, Lerikdə 7, Neftçala, Yardımlıda 6; Naxçıvan MR-da: Şərurda 16, Ağdərədə (Ordubad) 12, Şahbuzda 6, Naxçıvan, Ordubadda 4, Sədərəkdə 3; Kiçik Qafqaz zonasında: Daşkəsəndə 18, Gədəbəydə 14, Göygöldə 11; Böyük Qafqaz zonasında: Qəbələdə 15, Sarıbaşda (Qax) 9, Altıağacda 7, Kişçayda (Şəki) 6, Mərəzə, Xaltanda 5, Oğuzda 4, İsmayıllıda 3, Şəki, Quba, Şahdağ, Qrızda 2, Şabran, Nabran, Zaqatala, Şamaxı, Xaçmaz, Qusarda 1; Mərkəzi-Aran zonasında: Salyan, Göyçayda 12, Cəfərxan, Beyləqanda 8, İmişli, Qazıməmməddə 7, Sabirabad, Kürdəmirdə 6, Zərdab, Tərtərdə 3, Mingəçevir, Yevlaxda 1; Qazax-Gəncə zonasında: Naftalan, Gəncə, Ağdamda 2, Şəmkir, Ağstafada 1 mm olub.
Sumqayıt, Naxçıvan, Daşkəsən, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Qusar, Qrız, Lerik, Göyçay, Sarıbaş (Qax), Kişçayda (Şəki) duman müşahidə olunub.
Qərb küləyi arabir Neftçalada 25 m/s, Naftalanda 24 m/s, Tərtərdə 23 m/s, Gəncədə 20 m/s, Yardımlı, Culfa, Salyanda 16 m/s olub.
Bakıda və Abşeron yarımadasında: Pirallahıda 16 m/s, Sumqayıt, Qum adası, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.7 metrə çatıb.
Havanın temperaturu iqlim normasından 5.5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-3 dərəcə isti, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, Naxçıvan MR-da 2-9 dərəcə şaxta olub.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub