Sahibə Qafarova bir sıra təşkilatların nümayəndələri ilə görüşüb
Yanvarın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, sədr qonaqları səmimi salamlayaraq Türk dünyasını təmsil edən qurumların nümayəndələri ilə görüşdən məmnun olduğunu söyləyib. Qeyd edilib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir. Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır.
Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb. Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.
Nümayəndə heyətinin üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən spiker müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qazandığı uğuru böyük tarixi hadisə kimi dəyərləndirib. Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan Ordusu öz Zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.
Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir. Milli Məclis qanunverici orqan olaraq bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək. Çünki bu təşkilat öz fəaliyyətində ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dəyərlərə əsaslanır.
Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.
Sədr milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində Türk Şurası ilə birlikdə TÜRKPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyətindən danışaraq bildirib ki, bu təşkilatlar ölkələrimiz arasında iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsində yaxından iştirak edir.
Səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Milli Məclisin sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən Zəfər kimi dəyərləndirib.
Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Füzuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad edilmiş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.
Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.
Görüşdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxış edərək təmsil etdikləri təşkilatlarda görülən işlər və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, ölkəmizlə əməkdaşlığın daha genişləndirilməsi istiqamətində gələcək planları barədə fikirlərini bölüşüblər.
Görüşdə, həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir