logo

Tehranda İran-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib

16:46 19-01-2021 | icon 2037
Tehranda İran-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib

Tehranda keçirilən Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət  Komissiyasının 14-cü iclası yüksək səviyyədə keçirilib. 

 YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi  sosial şəbəkə də məlumat paylaşıb. 

Komissiyanın işini yüksək qiymətləndirən diplomat iki ölkənin birlikdə həyata keçirdikləri iqtisadi layihələrin davam edəcəyini və uğurla nəticələnəcəyinə əminliyini bildirib.

Səfir vurğulayıb ki, komissiyanın işinin nəticəsi olaraq iki dost və qonşu ölkə arasında çox faydalı razılaşmalar əldə edilib. İranın müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda iştirak imkanı yaranıb.

Xatırladaq ki, Azərbaycan tərəfindən iclasda  baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.