logo

İranda daha 87 nəfər koronavirusdan dünyasını dəyişib

13:23 19-01-2021 | icon 1974
İranda daha 87 nəfər koronavirusdan dünyasını dəyişib

Son 24 saat ərzində İranda koronavirusa 5 min 917 nəfər yoluxub, 87 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 342 min 134 nəfərə, yoluxaraq ölənlərin sayı isə 56 min 973-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 272 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 131 min 883 xəstə sağalaraq evə buraxılıb.

İranda karantin rejimi yumşaldılıb. Şəhər və vilayətlərarası avtobus marşrutları işini bərpa edib. Təyyarə ilə uçmaq istəyənlər isə hava limanında koronavirus testinin nəticələrini təqdim etməlidirlər.