Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
İyirmi il əvvəl atmosfer havasının çirklənməsində əsas rolu stasionar mənbələr – sənaye müəssisələri, fabriklər, zavodlar oynayırdı. Burada səyyar, yəni qeyri-stasionar mənbələr, o cümlədən avtonəqliyyat vasitələrinin payı az idi. Son zamanlar atmosfer havasının çirklənməsində əsas rolu avtonəqliyyat vasitələri, yəni səyyar mənbələr oynayır. Sənayenin, ölkənin inkişafı, insanların rifah halının yüksəlməsi avtomaşınların sayının kəskin artmasına səbəb olub. Avtomobillərin sayı illər keçdikcə dəfələrlə artır.
YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə nazirliyin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir. Avtoparkın təxminən 80 faizi buraxılış ilindən 10 il keçmiş, beşdəbiri isə yaşı 30 ildən çox olan avtomobillərdən ibarətdir. Sözsüz ki, köhnə avtomobillərin mühərriklərinin işləməsi zamanı əmələ gələn yanma məhsullarında zəhərli maddələrin miqdarı yeni avtomobillərdən çox olur. Bir sıra hallarda nasaz avtomobillər də istismar olunur. Bütün bunlar atmosfer havasının çirklənməsinə gətirib çıxarır. Bunun aradan qaldırılması yollarından biri də avtoparkın yenilənməsidir. Bunun üçün də yeni avtomobillərin alınmasının artırılması, köhnə avtomobillərin istehlakının mərhələlərlə azaldılması sahəsində işlər görülməlidir. Bu tədbirlərin görülməsi üçün iqtisadi alətlərdən istifadə olunmalıdır - əlavə dəyər vergisinin, gömrük rüsumlarının, yeni avtomobillərin qiymətləri daha əlverişli olmalı, eyni zamanda, təbliğat-təşviqat işləri aparılmalıdır”, - deyə R.Səttarzadə qeyd edib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bu məsələlər, o cümlədən köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub: “Bununla bağlı müvafiq qurumlar tərəfindən utilizasiya proqramı hazırlanıb. Artıq proqram razılaşdırma prosesinin son mərhələsindədir. Utilizasiya proqramı işə düşdükdən sonra artıq avtomobil parkının yenilənməsi istiqamətində nəzərəçarpacaq nailiyyətlər əldə ediləcək.
Avtonəqliyyat vasitələrinin ətraf mühitə təsirinin azaldılmasına təkcə köhnə avtomobillərin istismarının azaldılması ilə yox, həmçinin ekoloji təmiz avtomobillərdən - elektromobillər, hibrid avtomobillərindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadənin artması ilə nail olmaq mümkündür”.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib