logo

Bu gün ölkə ərazisində temperatur daha 4-5° aşağı enəcək

12:54 19-01-2021 | icon 1659
Bu gün ölkə ərazisində temperatur daha 4-5° aşağı enəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün əksər rayonlarda hava yağıntılı olub.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, Sarıbaş, Zaqatala, Oğuz, Şəki, Qəbələ, Balakən, Göygöl, Quba, Gədəbəy, Qrız, Daşkəsən, Ağdərə (Ordubad), Qusar, Şabran, Şahbuz, Naxçıvan, Altıağacda qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Kişçayda (Şəki) 15, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən, Qrızda 5, Oğuz, Şəki, Quba, Altıağacda 2, Ağdərə (Ordubad), Qəbələ, Qusar, Xaltanda 1 santimetr olub.

Yağışın miqdarı Şəmkir, Ağstafada 3, Tovuz, Gəncə, Zərdabda 2, Nabran, Göyçay, Tərtər, Bərdə, Mərəzə, Lənkəran, Cəfərxan, Sabirabad, Astara, Kürdəmir, Bakı, Sumqayıt, Binədə 1 millimetr təşkil edəcək.

Qərb küləyi əsib, Naftalanda sürəti arabir 30, Neftçalada 25, Xınalıqda 24, Daşkəsəndə 23, Gəncədə 20, Gədəbəy, Yardımlı, Şəmkir, Tərtərdə 16 metr/saniyə olub. Bakıda və Abşeron yarımadasında - Qum adasında 20, Neft Daşları, Pirallahıda saniyədə 16 metrədək güclənib. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.9 metrə çatıb.

Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5° enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.