logo

Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib

11:41 19-01-2021 | icon 1652
Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev yanvarın 19-da İndoneziya prezidenti Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:"Hörmətli cənab prezident,

Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"