logo

Hirkan Milli Parkında baş vermiş yanğın 6-cı gündə söndürüldü

10:10 19-01-2021 | icon 1498
Hirkan Milli Parkında baş vermiş yanğın 6-cı gündə söndürüldü

Astara rayonu ərazisində yerləşən Hirkan Milli Parkında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən söndürülüb.

 YeniAvropa xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, ilkin hesablamalara görə, təxminən, 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.

Xatırladaq ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın baş verməsi barədə ilk məlumat yanvarın 14-də daxil olub.

Yanğının 5-ci günü-yanvarın 18-də yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, 2 texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, 2 texnika, Xüsusi Riskli Xilastemə Xidmətindən 31 nəfər şəxsi heyət, 2 texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, 2 texnika, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı  cəlb olunub. Əməliyyata, həmçinin Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də cəlb edilib.