logo

Xınalıqda 15 sm qar yağdı, temperatur  -7°-yə endi

09:47 19-01-2021 | icon 1575
Xınalıqda 15 sm qar yağdı, temperatur  -7°-yə endi

Yanvarın 18-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib/Qeyd edilib ki, rayonun Xınalıq kəndində 15, Qırızda 5, Bostankeşdə 3, Qusarın Ləzə kəndində 5, Xızının Altıağac qəsəbəsində isə 1 santimetr qar yağıb.

Ən aşağı temperatur Qubanın Xınalıq kəndində qeydə alınıb - mənfi 7 dərəcə.