logo

Bakıda mənzildən qadın meyiti tapılıb

22:18 18-01-2021 | icon 1589
Bakıda mənzildən qadın meyiti tapılıb

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Yakıbova Mirvari Raxidovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.