logo

Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir

20:55 18-01-2021 | icon 1918
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir

Almaniyanın xarici işlər naziri Heiko Maas Türkiyəyə səfər edib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir  ki,Çavuşoğlu və Maas, nazirlikdəki ikitərəfli görüşlərindən sonra ortaq mətbuat konfransı keçiriblər

Mövlud Çavuşoğlu, Türkiyənin Almaniya ilə ikitərəfli dialoq mexanizmlərini inkişaf etdirməyə razı olduqlarını bildirib.

Çavuşoğlu təhsil sahəsində də Almaniya ilə əməkdaşlıq müqaviləsinin müzakirə edildiyini bildirib. O bildirib ki, iki ölkə arasında ticarət əlaqələrinin genişliyi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.

Heiko Maas isə ölkəsinin Türkiyə-Avropa İttifaqı münasibətlərinin genişlənməsini arzu etdiyini vurğulayıb.