logo

Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı

19:58 18-01-2021 | icon 1694
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı

Vətən Müharibəsində Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib.

YeniAvropa xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 18-də Daxili İşlər Nazirliyində (DİN) 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında çıxışı zamaanı məlumat verib

 
Nazir bildirib ki, müharibədə iştirak edən hərbi qulluqçulardan 65 nəfəri şəhid olub, 347 nəfəri isə yaralanıb.