logo

Azərbaycanda  254 kriminal qrup zərərsizləşdirilib

19:29 18-01-2021 | icon 1603
Azərbaycanda  254 kriminal qrup zərərsizləşdirilib

Ötən il həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

YeniAvropa xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 18-də Daxili İşlər Nazirliyində (DİN) 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında çıxışı zamaanı məlumat verib. 

Nazir daha sonra qeyd edib ki, qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.