logo

İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır

18:05 18-01-2021 | icon 2051
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfərə çatır

İranda son sutka ərzində İranda 5 min 806 nəfər koronavirusa yoluxub, 83 nəfər isə həyatını itirib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, bununla da ümumilikdə İranda yoluxanların sayı 1 milyon 336 min 217 nəfərə, yoluxaraq ölənlərin sayı isə 56 min 886-a çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 4 min 348 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 125 min 499 xəstə sağalaraq evə buraxılıb.