logo

Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik

17:07 18-01-2021 | icon 1666
Ərdoğan:Qarabağ məsələsindəki qəti əzmimizi bütün dünyaya göstərdik

Şərqi Aralıq dənizindən Qarabağ məsələsinə qədər məsələlərdə qəti əzmimizi bütün dünyaya göstərdik. Türkiyə atdığı addımlarla dünyada zülm və istismar üzərində qurulan və əsrlərdir davam edən “nizamı” dərindən sarsıdır. Artıq bölgəmizdə masaüstü xəritələr tətbiq etmək, təbii sərvətlərin asanlıqla talan edilməsi məqsədilə daxili münaqişələr yaratmaq və terrorçuluğu alovlandırmaq mümkün deyil.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) doqquz vilayət üzrə VII toplantısında bildirib.

2023-cü ildə keçiriləcək seçkilər barədə danışan prezident Ərdoğan deyib: “AKP indiyə qədər 15 fərqli, ümumi, yerli, prezident və referendum seçkilərinə qatılıb, hər birindən də qalib çıxmağı bacarıb. Dövlətimizin atacağı növbəti addımlar baxımından hər seçim vacibdir, lakin 2023-cü il seçkiləri ölkəmiz üçün tarixi dönüş nöqtəsi olacaq”.

Türkiyə prezidenti bildirib ki, ölkə iqtisadiyyatında sürətli inkişaf üçün bütün lazımi islahatlar aparılır.