logo

Baş Prokurorluq IT menecer və mühəndis-proqramçılar axtarır

15:29 18-01-2021 | icon 1799
Baş Prokurorluq IT menecer və mühəndis-proqramçılar axtarır

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, mahiyyətcə daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr, o cümlədən kriminalistika və informasiya texnologiyaları idarəsi yaradılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, proqramlaşdırma və funksional proqram təminatının inkişaf etdirilməsi, tətbiqi, informasiya sisteminin və texnika-informasiya infrastrukturunun təkmilləşdirilməsi və fasiləsiz işin təmin olunması, serverlərin idarə edilməsi, informasiya sistemlərinin və məlumat bazalarının qurulmasının təşkili məqsədilə Baş Prokurorluğun kriminalistika və informasiya texnologiyaları idarəsinə IT menecer, sistem administratoru və mühəndis-proqramçı ixtisasları üzrə işçi tələb olunur.

Hər üç ixtisas üzrə biliklərə dair tələblərlə bağlı məlumat Baş Prokurorluğun rəsmi internet saytında yerləşdirilib.

İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun kriminalistika və informasiya texnologiyaları idarəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.