logo

Siyavuş Aslanın küçədə yaşayan oğlu xəstəxanaya yerləşdirildi 

14:54 18-01-2021 | icon 1918
Siyavuş Aslanın küçədə yaşayan oğlu xəstəxanaya yerləşdirildi 

 

Mərhum xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov xəstəxanaya yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə "ARB TV"də yayımlanan "Elgizlə izlə” verilişində məlumat verilib.Bildirilib ki, Çingiz 20 gün xəstəxanada müalicə alacaq

Qeyd edək ki, bu günlərəd studiyaya gələn Siyavuş Aslanın oğlu küçədə yaşadığını demişdi: "Qardaşımla atamın evini evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq. Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam. "Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar".