logo

Metronun “8 Noyabr” stansiyasına rəis təyin olunub

14:30 18-01-2021 | icon 1701
Metronun “8 Noyabr” stansiyasına rəis təyin olunub

“Bakı Metropoliteni” yeni istifadəyə veriləcək stansiyasına rəis təyin olunub.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynovun əmri ilə Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəsifəsindən azad edilərək “8 Noyabr” stansiyasına rəis təyin edilib.

"Nizami" stansiyasının rəisi vəzifəsinə isə Vüsal Zeynalov olunub. Həmçinin Arif Həsənli "Xalqlar Dostluğu" stansiyasının rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki,“Bakı Metropoliteni”nin  bənövşəyi xətti üzrə sayca üçüncü stansiya olacaq “8 Noyabr” stansiyası("Avtovağzal", "Memar Əcəmi-2") Nəsimi rayonu C.Səlimov küçəsi, 1065 məhəllə (Mərkəzi Hərbi Hospitalın qarşısında) ünvanında istifadəyə tam hazırdır.