logo

Füzulinin işğaldan azad edilən Merdinli kəndinin görüntüləri yayıldı

13:31 18-01-2021 | icon 1771
Füzulinin işğaldan azad edilən Merdinli kəndinin görüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Merdinli kəndinin videogörüntülərini yayıb.

 YeniAvropa xatırladır ki, bir çox tədqiqatçının fikrincə, kənd Merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə belə adlandırılıb. Kəndin 1750-ci ilə qədərki adı Qarabulaq olub. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Merdinli kəndi Azərbaycan Ordusunun Vətən müharibəsində Şanlı Qələbəsindən sonra noyabrın 9-da işğaldan azad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: