logo

Prezidentin sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirildi

12:32 18-01-2021 | icon 2163
Prezidentin sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirildi

Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Əli Həsənov Azərbaycana gətirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bizim.Media məlumat əldə edib.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə Əli Həsənov 2019-cu ilin noyabrında vəzifədən azad edilib. Bir ay sonra,  2019-cu ilin dekabrında Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə gedib. Bir çoxları onun həbsdən yaxa qurtarmaq üçün ölkədən qaçdığını iddia edirdi. Əli Həsənov bunları təkzib edərək ,mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirmişdi. Lakin o, bu günə qədər geri dönməyərək , xaricdə yaşamaqda və gizli fəaliyyət göstərməkdə idi.

Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlandı.

Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlmişdi. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan 5 milyon manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun sağ əli idi.