logo

Ağdamın işğaldan azad edilən Xıdırlı kəndinin videogörüntüləri yayıldı

11:59 18-01-2021 | icon 1813
Ağdamın işğaldan azad edilən Xıdırlı kəndinin videogörüntüləri yayıldı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndinin videogörüntülərini yayıb.

 YeniAvropa xatırladır ki, Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: