logo

Nazir Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olundu

11:29 18-01-2021 | icon 1904
Nazir Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olundu

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. 

YeniAvropa xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində ölkədə ilk vaksin vurulan şəxs  məhz səhiyyə naziri olub. 

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.