logo

Azərbaycanda vaksinasiya prosesi başlayıb

11:10 18-01-2021 | icon 1911
Azərbaycanda vaksinasiya prosesi başlayıb

Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

YeniAvropa xəbər verir ki,  Bakı Sağlamlıq Mərkəzində başlayan vaksinasiya zamanı səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev də peyvənd olunublar.

Xatırladaq  ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.