logo

Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb

18:11 17-01-2021 | icon 1680
Qarabağda daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb

Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. 

Bildirilib ki, erməni hərbçilərinin cəsədləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı cəsəd tapılmayıb.

Qeyd edilib ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin cəsədlərinin sayı 1235 nəfərə çatıb.