logo

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”ə yollanıblar 

16:57 17-01-2021 | icon 1729
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”ə yollanıblar 

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcəklər.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibətilə mərasim keçirilib.

Yolasalma mərasimində Azərbaycanın dövlət himni səsləndirildikdən sonra general-mayor Fazil Ağalarov çıxışında inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.