logo

İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” veloyarışı keçiriləcək

15:11 17-01-2021 | icon 2093
İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” veloyarışı keçiriləcək

“Tour de Azerbaijan” velosiped yarışının bərpası işğaldan azad edilmiş Azərbaycan torpaqlarında turizmin inkişafı üçün ciddi bir təkan ola bilər.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev məlumat verib.

Federasiya baş katibi “Sputnik Azərbaycan”a açıqlamasında təşkilatın 2021-ci il üçün planlarından, velosipedçi Elçin Əsədovun Tokiodakı Olimpiya Oyunlarında gözlədiyi perspektivlərdən və "Tour de Azerbaijan" velosiped yarışının yenidən başlamasının Azərbaycan ərazilərinin potensialının inkişafına təkan ola biləcəyindən danışıb.İşğaldan azad edilmiş ərazilərdə “Tour de Azerbaijan” velosiped yarışı keçiriləcək - Fotolar

“İkinci Qarabağ müharibəsindən əvvəl də (o vaxt bu torpaqlar işğal altında idi) Azərbaycanın azad edilmiş ərazilərində velosiped yarışları keçirməyi xəyal edirdik. Velosiped sürmək üçün mütləq infrastruktura və yollara ehtiyacımız var, bundan sonra bu, əsas hədəflərimizdən biri olacaq.

Üstəlik, hazırda inşa olunan Füzuli-Şuşa yolunda Azərbaycan Velosiped İdmanı Çempionatını keçirmək niyyətindəyik. Əminəm ki, yarışı bu yolda keçirtmək üçün hər kəs bizə dəstək olacaq. İnşaatın tamamlanmasını və bu istiqamətdə müvafiq infrastrukturun yaradılmasını gözləyirik. Düşünürəm ki, bu il çətin olacaq, amma gələn il belə bir yarış təşkil etmək tamamilə mümkündür”,-deyə Fərhad Əliyev bildirib.