logo

Xalq artisti Siyavuş Aslanın oğlu küçədə yaşayır 

13:03 17-01-2021 | icon 1876
Xalq artisti Siyavuş Aslanın oğlu küçədə yaşayır 

Mərhum xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov hazırda küçədə yaşayır.

YeniAvropa xəbər verir ki, bunu Çingiz  "ARB TV""də yayımlanan Elgizlə izlə" proqramının qonağı olarkən bildirib. O, sığınacaqda qaldığını, amma artıq vaxt bitdiyi üçün sığınacağı tərk etdiyinin deyib. Məşhur sənətkarın oğli indi qalmağa yeri olmadığını söyləyib: "Orda az qala bilirsən. 6 ay vaxt verilir. Üç ilə yaxındır orada qalıram, mənə çox hörmət edilib. İndi küçədə qalıram".

Çingiz spirtli içki alüdəçisi olduğunu etiraf edib. O bildirib ki, atasından qalan evi də satıblar: "Qardaşımla evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq. Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam. "Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar".