MHP sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən ibtidai məktəb açılmasını təklif edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə MHP lideri özünün "Twitter" səhifəsində paylaşım edib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan prezidenti cənab İlham Əliyev bunu məqsədəuyğun hesab edərsə, Şuşada şəxsən mənim göstərişimlə doqquz fənn üzrə ibtidai məktəb inşa etmək bizim məqsədimizdir”.
MHP lideri keçən il Qarabağın işğaldan azad olunmasını türk millətinin son illərdə əldə etdiyi ən böyük qələbə adlandırıb və bununla sevinc və qürur duyduqlarını ifadə edib: “Qarabağın əsas mərkəzi olan Şuşanın 8 Noyabr 2020-ci ildə xilası terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqedən əlavə o qədər də Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Azərbaycanın mədəniyyət və incəsənət həyatının mənbələrindən biri olan Şuşanın inkişafı və burada yaşayan Türk uşaqlarının gələcəyini təmin etmək bizim mənəvi məsuliyyətimizdir, bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur”.
Dövlət Baxçalı Azərbaycan himninin 1920-ci il yanvarın 30-da qəbul olunduğunu xatırladaraq, himnin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Şuşada anadan olmuş Üzeyir Hacıbəyliyə məxsus olduğunu qeyd edib.
MHP lideri məhz buna görə də təməlqoyma mərasimin yanvarın 30-da keçirilməsini və inşa ediləcək məktəbə Üzeyir Hacıbəylinin adının verilməsini arzu etdiklərini bildirib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir