logo

Zabratda yanğın olub

19:15 16-01-2021 | icon 2688
Zabratda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.