logo

Almaniyada hakim partiyanın yeni sədri seçilib

18:09 16-01-2021 | icon 2093
Almaniyada hakim partiyanın yeni sədri seçilib

Almaniya kansleri Angela Merkelin partiyasının sədri postuna seçkilərin ikinci turu keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Şimali Reyn-Vestfaliya federal vilayətinin baş naziri Armin Laşet hakim Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib.

Partiyanın onlayn formatda keçirilən qurultayında 991 nümayəndədən 521-i Laşetin namizədliyini dəstəkləyib. İkinci tura çıxmış digər namizəd Fridrix Mertsə isə 466 nəfər səs verib.

İndi Armin Laşet Bundestaqa keçirilən seçkilərdə XDİ-dən kansler postuna namizəd ola bilər. Onu Angela Merkel və AFR-in səhiyyə naziri Yens Şpan dəstəkləyir. Adətən partiyanın rəhbəri həm də kansler vəzifəsinə namizəd olur.

İnternet-səsverməyə əlavə olaraq, həmçinin nəticəsi yanvarın 22-də bəlli olacaq poçt vasitəsilə səsvermə keçiriləcək. Bu, formal xarakter daşıyır. Bütün namizədlər əvvəlcədən bildiriblər ki, bugünkü nəticələri tanıyırlar və Laşet artıq təbrikləri qəbul edir.