logo

Azərbaycanın 9 yunan-Roma güləşçisi "Qran-Pri"də iştirak edəcək

14:54 16-01-2021 | icon 2016
Azərbaycanın 9 yunan-Roma güləşçisi "Qran-Pri"də iştirak edəcək

Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığmasının Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan "Qran-Pri" turniri üçün heyəti bəlli olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edilib ki, yarışda ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında 9 idmançı təmsil edəcək.

Turnirin sonuncu günündə - yanvarın 17-də Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaqlar.