logo

Sinoptiklərdən xəbərdarlıq: Bakıda qar yağacaq, çovğun olacaq

13:28 16-01-2021 | icon 1596
Sinoptiklərdən xəbərdarlıq: Bakıda qar yağacaq, çovğun olacaq

Yanvarın 19-u axşamdan başlayaraq yanvarın 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. 

Bildirilib ki, havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 15-18, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimal edilir.