logo

İndiyədək Azərbaycanda 226 min 549 nəfər COVİD-19-a yoluxub

12:21 16-01-2021 | icon 1932
İndiyədək Azərbaycanda 226 min 549 nəfər COVİD-19-a yoluxub

Dünyada koronavirusa yoluxma sayları 94 milyonu keçib. Ölüm sayları 2 milyondan çoxdur. Dünən dünya üzrə yeni yoluxmaların sayı 706 min olub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.

O bildirib ki, hazırda ölkəmizdə aktiv xəstə sayı 9793-ə enib.

Bu günədək ölkəmizdə "E-təbib" sisteminə düşən, yəni test nəticəsi pozitiv olanların sayı 226 min 549-dur.