logo

Yanvarın 18-dən Azərbaycanda vaksinasiyaya başlanılır

11:06 16-01-2021 | icon 1491
Yanvarın 18-dən Azərbaycanda vaksinasiyaya başlanılır

Yanvarın 18-dən Azərbaycanda vaksinasiyanın başlanmasına qərar verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, ilk mərhələdə tibb işçiləri vaksinasiya olunacaq.