logo

Azərbaycanda xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadıldı

10:33 16-01-2021 | icon 1603
Azərbaycanda xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Qeyd edilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.