logo

"Siz, sülhməramlı olaraq varsınız, lakin..." - Türkiyə hərəkətə keçdi

21:20 15-01-2021 | icon 2023
"Siz, sülhməramlı olaraq varsınız, lakin..." - Türkiyə hərəkətə keçdi

“Biz ayrıca olaraq Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”.

 YeniAvropa xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qardaş ölkənin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, bu məsələdə Azərbaycandan hər hansı bir şikayət gəlməyib: “Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə vermək sərbəstliyidir. Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kvo müəyyənləşərsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Rusiyanın Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır". 

Daha sonra Türkiyə XİN başçısı Rusiya tərəfinə xitabən deyib ki, “Siz, sülhməramlı olaraq varsınız, lakin kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyildir”. 

Çavuşoğlunun fikrincə, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu təsdiq edilib.