logo

İndoneziyada güclü zəlzələ baş verib

09:49 15-01-2021 | icon 2051
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada qeydə alınan 6,2 bal gücündə zəlzələ nəticəsində ən az üç nəfər ölüb, 24 nəfər yaralanıb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub.

Zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.