logo

Əli Həsənov məşhur passajı satışa çıxardı: Deyəcən yır-yığış edilir

18:12 14-01-2021 | icon 6720
Əli Həsənov məşhur passajı satışa çıxardı: Deyəcən yır-yığış edilir

Bakının məşhur məkanlarından olan “Kitab passajı” satışa çıxarılıb.

 YeniAvropa xəbər verir ki, ümumilikdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən 15-ə qədər kitab mağazası, “Azərkitab”ın inzibati binası və 10 hektara qədər ərazisi olan “Kitab bazası” simvolik qiymətə özəlləşdirilib və bütün bu obyektlər Ə.Həsənovun yaxınlarının adına keçirilib.

"Azərkitab"ın inzibatı binası Səbail rayonu, A.Əlizadə küçəsi -8-də yerləşir və sahəsi 800 kv/metrdir.

Axar.az-a məlumat verən mənbənin bildirdiyinə görə, son aylara qədər “Kitab passajı”ndan aylıq haqları Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva yığırmış.

Məlumat üçün bildirək ki, ucuz qiymətə özəlləşdirilən “Kitab passaji” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı və buranın tarixi əhəmiyyəti olduqca mühümdür.

Ə.Həsənovun əmlaklarını satışa çıxarmasının KİVDF sədri Vüqar Səfərlinin həbsi ilə eyni vaxta düşməsini bəziləri təsadüfü saymır.