logo

Koronavirusa qarş Qazaxıstan istehsallı peyvənd qeydiyyatdan keçdi

17:57 14-01-2021 | icon 1862
Koronavirusa qarş Qazaxıstan istehsallı peyvənd qeydiyyatdan keçdi

Qazaxıstanda istehsal olunan koronavirusa qarşı peyvənd qeydiyyatdan keçib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkə Səhiyyə Nazirliyinin Tibb və Əczaçılıq Nəzarəti Komitəsi sədrinin müavini Nurılbek Asılbəyov məlumat verib.

Səhiyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, lisenziya doqquz ay müddətinə verilib.

Qazaxıstanda kütləvi peyvəndin vurulması bu il mart ayında başlayacaq.

Xatırladaq ki, Qazaxıstan hökuməti koronavirusa qarşı peyvəndin müvəqqəti dövlət qeydiyyatına alınması qaydalarını 2020-ci il dekabrın 15-də təsdiq edib.