logo

Azərbaycan Əfqanıstanda səfirlik açır

20:30 13-01-2021 | icon 1799
Azərbaycan Əfqanıstanda səfirlik açır

Prezident İlham Əliyev yanvarın 13-də  "Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən,  Nazirlər Kabineti Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinə Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb.