logo

Əməkdar artist koronavirusdan vəfat etdi

18:31 13-01-2021 | icon 1897
Əməkdar artist koronavirusdan vəfat etdi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.
 
 YeniAvropa xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrından bildirilib.
 
Qeyd edilib ki,İsmayıl Ələkbərov koronavirusdan dünyasını dəyişib.
 
Xatırladaq ki, İsmayıl Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
 
1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub. Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.
 
2009-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.