Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Ələsgərli kəndinin videogörüntülərini yayıb.
YeniAvropa xatırladır ki, Ələsgərli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Ələsgərli kəndinin görüntülərini təqdim edirik: