logo

Paytaxt sakinindən 9 kq narkotik maddə götürülüb

17:27 13-01-2021 | icon 1904
Paytaxt sakinindən 9 kq narkotik maddə götürülüb

Bakı şəhər sakinindən 9 kiloqram narkotik götürülüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Manafov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin, yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı təhqiqatlar aparılır.