logo

Azərbaycanda  daha 474 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü

16:30 13-01-2021 | icon 1967
Azərbaycanda  daha 474 nəfər koronavirusa yoluxdu, 16 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1322 nəfər müalicə olunaraq sağalıb, 474 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 min 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 min 120 nəfər müalicə olunaraq sağalıb, 2957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10743 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 287 min 959 test aparılıb. Bugünkü test sayı isə 8052-dir.