logo

Prezident 70 yaşlı İlham Rəhimovu “Şöhrət” ordeni ilə təltif etdi

14:55 13-01-2021 | icon 301
Prezident 70 yaşlı İlham Rəhimovu “Şöhrət” ordeni ilə təltif etdi

Prezidenti İlham Əliyev yanvarın 13-də İlham Rəhimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İlham Məmmədhəsən oğlu Rəhimov “Şöhrət” ordeni ilə təltif edilsin".

Qeyd edək ki,  İlham Rəhimov 14 yanvar 1951 ci ildə Tovuz rayonunda anadan olub. 

1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olub, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını alib.

1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olub, 1996-cı ildə isə professor elmi adını alıb.

O, 18 aprel 2004-cü ildə Rusiya Təhlükəsizlik, Müdafiə, Qanunun aliliyi Akademiyasının akademiki seçilib. İlham Rəhimov bu akademiyanın akademiki adına layiq görülmüş ikinci azərbaycanlıdır.